İsrailin baş naziri Netanyahudan ABŞ-a ordu mesajı
May 10
12:51
2017
ABŞ Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə İsrail rəsmi dairələri məlumat yayıb.
Görüşün Tel-Əvivdə baş tutduğu, tərəflərin iki ölkə arasında güclü əlaqələrin olmasından, təhlükəsizlik məsələlərindən danışdığı deyilir.
Netanyahunun Danforda "ABŞ-la İsrail ordusu arasında güclü ittifaq var” dediyi bildirilir.
Qeyd edək ki, C.Danford İran və Suriya məsələsini müzakirə etmək üçün İsrailə səfər edib.