SON XƏBƏR

“İstanbul NS” klinikasının külli miqdarda borcu üzə çıxdı

Oktyabr 22
05:56 2025
Bakıda fəaliyyət göstərən "İstanbul NS” klinikasının külli miqdarda vergi borcu yaranıb.

Hazırda klinikanın dövlətə 77 750 manat vergi borcu var.

Sözügedən klinika daha öncə İnzibati Xətallar Məcəlləsinin tələblərini pozduğuna görə məhkəməlik olub. Belə ki, klinika barədə ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktiki tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına dair iddia qaldırılıb.

Qeyd edək ki, "İstanbul NS” klinikasının qanuni təmsilçisi Nəsirov Azər Qənbər Oğludur.
 
Mənbə: Teleqraf.com
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook