SON XƏBƏR

İstanbuldan Tbilisiyə uçan təyyarəni ildırım vurub

İyun 19
16:19 2017
İstanbuldan Tbilisiyə uçan təyyarəni ildırım vurduğu üçün geri-Atatürk hava limanına qayıdıb.
 
"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda iyunun 19-da təyyarənin sərnişinləri jurnalistlərə məlumat verib. 
 
İnformasiyaya əsasən, təyyarə "Atlas global” şirkətinə məxsusdur.
 
"Havaya qalxandan 15-20 dəqiqə sonra hamımız parlaq işıq gördük və ildırım təyyarəni vurdu. Bundan sonra təyyarənin idarə edilməsində problem yaşandı. Pilot İstanbula geri qaytımağı qərar aldı”, - deyə David Loladze adlı sərnişin jurnalistlərə bildirib.
 
Sərnişinlərin sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
 
Hava limanının mətbuat xidməti isə jurnalistlər bildirib ki, əlverişsiz hava şəraitinə görə İstanbul-Tbilisi reysi geçikir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook