İsveçrəli prezident Türkiyəyə getməkdən çəkinir
Avqust 08
14:56
2016
Fənərbaxça”nın Avropa Liqasının pley-off mərhələsində "Qrasshoppers”lə ilk oyunu baş tutmaya bilər.
Qaynarinfo.Az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb İsveçrə klubunun İstanbula yollanmaqdan imtina etməsidi.
"Qrasshoppers”in prezidenti Ştefan Anliker Türkiyədə baş vermiş məlum hadisə üzündən təhlükəsizlikləri ilə bağlı təminat almayacaqları təqdirdə, səfərdən imtina edəcəklərini bildirib. O, İsveçrə Xarici İşlər Nazirliyinin vətəndaşlarına Türkiyəyə səfər zamanı kütlə olan yerlərdən uzaq durmağı məsləhət gördüyünü xatırladıb:
"Fənərbaxça” ilə qarşılaşma da böyük kütlə qarşısında keçiriləcək. Biz "Fənərbaxça” klubundan və UEFA-dan "Qrasshoppers”li futbolçu, məşqçi və rəhbərlik olmaqla 50 nəfərlik nümayəndə heyətinin təhlükəsizliyinin tam qorunacağının təminatını almaq istəyirik. Bununla bağlı konkret addımlar gözləyirik. Əks təqdirdə UEFA-dan matçın başqa ölkədə keçirilməsini tələb edəcəyik. Hansı turnir olur-olsun, belə şəraitdə oynamaq istəmirik”.Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 18-də İstanbulda baş tutmalıdır.
Qlobal.az



