SON XƏBƏR

Jurnalistdən çağırış: Beynəxalq Münasibətlərin Təhlili Mərkəzinin və CBC Sport telekanalının fəaliyyəti təcili araşdırılmalıdır

Mart 10
13:52 2023
Beynəxalq Münasibətlərin Təhlili Mərkəzinin və CBC Sport telekanalının fəaliyyəti təcili araşdırılmalıdır. 
 
Qlobal.az xəbər verir ki, bu barədə jurnalist Seymur Feyruzov feysbuk səhifəsində yazıb: 
 
"Hazırda Azərbaycan diplomatik cəbhədə ağır müharibə aparır. Ermənistanla informasiya müharibəsində dövlətimizə min cəbhədən dezotoplarla atəş açırlar. 

Belə bir həssas məqamda məni düşündürən isə 2 sual var: 

BİRİNCİSİ: şəkildə gördüyünüz şəxs - Beynəxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev nə işlə məşğul olur? Hesablama Palatası təcili şəkildə bu adamı və qurumu yoxlamalıdır. Əlimizdə çox ciddi məlumatlar var. Hər ay tədbir adı ilə pullar silir. F.Şəfiyev 4 ildir rəhbərlik etdiyi bu qurumun büdcəsini darmadağın edib, onun büdcə pullarını hara xərclədiyi aşkara çıxarılmalıdır. Xarici səfərlərə də təkcə özü gedir, iş görmür, bircə təqdir olunası analitik yazısı yoxdur. Qurumda özündən başqa sanki heç kəs yoxdur. İşi-gücü yüksək ranqlı məmurlara yarınmaqdır. 

İKİNCİSİ: Azərbaycanda CBC Sport adlı telekanalın nəyə lazım olduğu heç kəsə aydın deyil. Milyonlarla büdcəsi olan bu kanalın reytinqi bərbad durumdadır. SOCAR-dakı kadr dəyişiklikərindən öncə bu kanala böyük pullar ayrılırdı və onun böyük bir hissəsi silinirdi.  SOCAR Türkiyənin icraçı direktoru olmuş Zaur Qəhrəmanovun və onun CBC Sporta departament rəhbəri olan dayısının qanunsuz əməlləri barədə şok məlumatlarımız olacaq. Hesablama Palatası həm BMTM, həm də CBC sportda dərhal yoxlamalara başlamalı, bu şəxslərin yediyi milyonların taleyini araşdırmalıdır. 

QEYD: Hər iki qurumla bağlı Post TV-də və digər resurslarda əlimdə olan bütün faktları sabah cəmyiyətə təqdim edəcəm".
 
Hər iki qurum jurnalistin iddialarına münasibət bildirməyib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook