SON XƏBƏR

“”Kadırovçular” - zəif döyüşçülərdir, onları ancaq qarət düşündürür” - Deputat

Sentyabr 09
08:47 2022
Rusiya komandanlığı Kadırovun Krivoy Roq ətrafına tullanmış muzdlu bölmələrini sərhəd dəstələrinə köçürüb.

Bu barədə «FREEDOM»un efirindən Xerson vilayət şurasının deputatı Sergey Xlan danışıb («UNİAN»).

Onun sözlərinə görə, USQ-nin aktiv əks-hücumlarına qədər «kadırovçular» Ukraynanın cənubunda işğal olunmuş kəndlərdə mülki əhalini qarət etməklə məşğul olublar.

Deputat, buryatlar və «kadırovçular» arasında soyğunçuluqla əldə olunmuş malların bölgüsü üstündə baş vermiş atışmanı xatırladıb.

««Kadırovçuların» ən böyük konsentrasiyası Sneqirevkdə (Nikolayevsk vilayəti) və Çernobayevkada olub. Və hamımız xatırlayırıq ki, iki ay bundan əvvəl buryatlar və «kadırovçular» bir-birini necə güllələyib. Onlar (buryatlar) özlərini Çernobayevkada «xozeyin» hiss edirdilər, faktiki olaraq, situasiyaya nəzarət edirdilər, o cümlədən, yerli iş adamları üzərində. «Kadırovçular» gələndə bu talanın bölgüsü ilə məşğul oldular, o zaman atışma baş verdi» - deputat danışıb.

Hazırda isə Rusiya Federasiyası «kadırovçular»dan sərhəd dəstələri kimi istifadə edir.

««Kadırovçular» - çox zəif döyüşçülərdir, onlar döyüşmək bilmirlər və istəmirlər. Yalnız bircə şey bilirlər - özününküləri cəzalandırmaq və öldürmək. Bax, indi onların tətbiqini tapıblar.

«Onlar hazırda "kadırovçular”ı getdikcə daha çox Krivoy Roq istiqamətində, harada ki, işğalçıların döyüş ruhu aşağıdır, orada istifadə edirlər. Rusiya hərbçiləri fərarilik etmək üçün imkan arayırlar» - Xlan əlavə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook