SON XƏBƏR

Kadırovdan Putinə şikayət edən adamın evi yandırıldı

May 13
15:38 2016
Çeçenistan prezidenti Ramzan Kadırovdan Rusiya prezidenti Vladimir Putinə şikayət edən Çeçenistan vətəndaşı Ramazan Calaldinov naməlum şəxslərin hücumuna məruz qalıb.
 
Putinə videomüraciət ünvanlayaraq Kadırovdan şikayət edən Kenxi kənd sakini Calaldinovun evi yandırılıb. Calaldinovun həyat yoldaşı bildirib ki, gecə vaxtı evlərinə üzü maskalı şəxslər gəlib və hədələyib. Daha sonra həmin şəxslər onları maşına mindirib körpünü altında maşından düşürüblər. Evi isə yandırıblar. Kənd sakinlərinə bu barədə nəsə danışmaq qadağan edilib. Sakinləri onların da evini yandırmaqla hədələyiblər.
 
Ramazan Calaldinov Putinə ünvanladığı müraciətdində ölkədəki rüşvətxorluq və yolların vəziyyətinin pis olması barədə şikayət edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook