SON XƏBƏR

Kadırovun oğlu nazir oldu

May 22
00:23 2024
Rusiyanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oğlu Axmat Kadırovu regionun fiziki tərbiyə və idman naziri təyin edib.

Bu barədə regionun rəhbəri teleqramda bildirib.

"Axmat Kadırov ÇR-nin fiziki tərbiyə və idman naziri vəzifəsinə təyin edilib. Daha öncə bu vəzifəni tutmuş İsa İbrahimov Çeçenistan Respublikasının başçısı və hökuməti administrasiyası rəhbərinin müavini vəzifəsinə keçirilib”, – Ramzan Kadırov yazıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook