SON XƏBƏR

Kainatın genişlənməsi əvvəl düşündüyümüz kimi sürətlənmir - Yeni kəşf

Noyabr 07
00:05 2025
Alimlər müəyyən ediblər ki, kainatın genişlənməsi böyük ehtimalla sürətlənmir, əksinə, yavaşlayır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.

Məqalədə qeyd olunur ki, kainatın genişlənməsi artıq özü-özlüyündə müəmmalı və ziddiyyətli bir hadisədir, çünki tədqiqatçılar hələ də onun hansı sürətlə və hansı səbəbdən baş verdiyini dəqiq bilmir. Ölçmələr dəqiqləşdikcə kainatın genişlənməsi ilə bağlı elmi mübahisələr daha da kəskinləşir.

Əvvəllər alimlər hesab edirdilər ki, "qara enerji" adlanan qüvvə Kainatın genişlənməsini sürətləndirir. Lakin yeni tədqiqat göstərib ki, bu proses əslində tərsinə – yavaşlama mərhələsinə keçib.

Cənubi Koreyanın Yonsei Universitetinin aparıcı tədqiqatçısı Yanq-Vuk Li bildirib: "Tədqiqatımız göstərir ki, kainat artıq indiki dövrdə genişlənmənin yavaşıma fazasına daxil olub və qara enerji əvvəllər düşünüləndən daha sürətlə dəyişir. Əgər bu nəticələr təsdiqlənsə, bu, 27 il əvvəl qara enerjinin kəşfindən bəri kosmologiyada böyük bir paradiqma dəyişikliyi olacaq".

Yeni tədqiqat həmçinin göstərib ki, supernovaların (partlayış nəticəsində ani olaraq parlaqlığı çox artan ulduzlar) parlaqlığı onların yaşından asılıdır. Bu amil əvvəlki ölçmələrdə müəyyən səhvlərə səbəb ola bilərdi.

Tədqiqatçılar bu amili nəzərə alaraq məlumatları yenidən analiz etdikdə, nəticələrin Kainatın genişlənməsinin mövcud modelinə uyğun gəlmədiyi ortaya çıxıb.

"The Independent" qeyd edir ki, bu həm də kainatın genişlənməsinin artıq yavaşıdığını göstərir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook