SON XƏBƏR

Kanada hərbi gəmisini Qara dənizə göndərdi

Fevral 02
00:45 2017
Kanadanın "HMCS St. Cons” hərbi gəmisi dünən Qara dənizə daxil olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Kanada Müdafiə Nazirliyi yayıb.

Gəmi Qara dənizdə Ukrayna ilə keçiriləcək hərbi təlimdə iştirak edəcək. Kanada freqatı fevralın 20-də Qara dənizi tərk edəcək.

Qeyd edək ki, fevralın 1-də NATO və Ukraynanın "Dəniz qalxanı 2017” hərbi dəniz təlimi keçiriləcək. Hərbi təlimdə 2800 hərbçi iştirak edəcək. Alyans üzvlərindən təlimə Rumıniya, Bolqarıstan, Yunanıstan, Türkiyə, ABŞ və Kanada qoşulacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook