Kemeron NATO-nun baş katibi ola bilər
Dekabr 30
00:47
2016
Britaniyanın keçmiş baş naziri Devid Kemeron NATO-nun yeni baş katibi ola bilər.
Mənbə bildirib ki, Britaniya hərbi sahədə ABŞ-dan sonra ikinci nəhəng dövlətdir və NATO-da güclü mövqeyə sahibdir.
O da qeyd olunub ki, «Brexit»dən (Britaniyanın Avropa Birliyindən çıxması) sonra ölkə NATO-da daha aktiv rol almaq istəyir.
Eyni zamanda, Kemerona yaxın məmurlar da hesab edir ki, keçmiş baş nazirin siyasi arenaya qayıdışından Britaniya ancaq uda bilər.
"Biz Kemerona yeni rol tapmalı və onu Britaniya üçün yenidən savaşmağa razı salmalıyıq. O, ölkə üçün çox şey edə bilər», deyə Britaniya hökumət üzvlərindən biri qəzetə deyib.
Qəzet onu da xatırladıb ki, NATO-nun hazırkı baş katibi Yens Stoltonberq bu postu 2018 və ya 2019-cu ildə tərk edəcək.
Qeyd edək ki, Devid Kemeron «Brexit»lə bağlı keçirilən referendumdan sonra baş nazir postundan gedib.
«Daily Mail» alyansdakı mənbələrinə istinadən xəbər verir ki, keçmiş baş nazir bu posta əsas namizədlərdən biridir.