Kərkükdə bayraq qalmaqalı: Ərdoğanın işə qarışması nəticə verəcəkmi?
Aprel 08
09:45
2017
İraqda son günlər bayraq mübahisəsi yaşanmaqdadır. "Anadolu” agentliyinin məlumatına görə, ölkənin neftlə zəngin Kərkük əyalətində İraq bayrağı ilə yanaşı, Kürdüstan Muxtariyyətinin də bayrağı asılıb.
Bəs Ərdoğanın müdaxiləsi ilə bayraqlar götürülə bilərmi?
Politoloq Mübariz Əhmədoğlu "Yeni Müsavat”a bildirdi ki, Bərzani hökuməti Ərdoğanın sözünə dəyər versəydi, əvvəlcədən bu addımı atmamalı idi: "Bayraq məsələsi bu günün mövzusu deyil. 4-5 ildən çoxdur ki, bayraq orada dalğalanır və kürdlərlə türkmənlərin arasında əməkdaşlıq var. Bayraq orada dalğalandığı dövrdə Məsud Bərzani Türkiyədə olub, Ərdoğanla görüşüb. Lakin bu məsələ müzakirə edilməyib. Sadəcə olaraq, Türkiyədə müəyyən qrup adamlar bəzən bu məsələləri hansısa baxımdan qarışdırırlar. Türkmənlərin ehtiyacları olan vaxt, onların Türkiyəyə və İrana müraciət etdikləri zaman türkmənlərə sahib çıxan olmadı. Təbii ki, belə olan halda türkmənlər təkbaşına sona qədər mübarizə apara bilməzdilər. Vaxtilə türkmənlər həm hərbi, həm maliyyə, həm də siyasi baxımdan kömək üçün İrana da, Türkiyəyə də müraciət ediblər. Kömək edilmədiyi üçün vəziyyət gəlib bu həddə çatdı. Bundan əlavə indi də heç kəs türkmənlərə vəd vermir ki, onlara olan himayə ardıcıl olacaq. Ola bilər ki, bir gün sonra Türkiyə rəhbərliyinin verdiyi bu bəyanat unudulsun. Hesab edirəm ki, yerli vəziyyəti türkmənlər özləri çox yaxşı bilirlər. Yəni türkmənlərin özlərinin bir qərarı var. Bu qərar yalnız o zaman dəyişilə bilər ki, türkmənlərlə Türkiyənin arasında uzunmüddətli danışıqlar aparılsın və onlar təminat alsınlar ki, Türkiyənin orada dəstəyi heç bir şərt daxilində dəyişməyəcək. Eləcə də Türkiyə türkmənləri inandıra bilsin ki, Ankara onları sonadək müdafiə etmək gücündədir”.
Politoloqa görə, bu bəyanat indiki geosiyasi konyunkturaya uyğun olan ritorikadır: "Bunu başqa cür qiymətləndirə bilmirəm. Nəzərə almaq lazımdır ki, türkmənlər Azərbaycana daha yaxındır. Azərbaycan prezidenti də bu ilin yanvar ayında Davos Forumu çərçivəsində Məsud Bərzani ilə görüşdü. Düşünürəm ki, Azərbaycanın barışdırıcılıqda, problemləri dinc və dialoq yolu ilə yoluna qoymaqda müəyyən təcrübəsi var. Elə Türkiyə ilə Rusiya arasındakı münasibətlərində Azərbaycanın rolunu qeyd edə bilərik. Ona görə də hesab edirəm ki, indiki halda ən yaxşı addım türkmənlərlə kürdlər arasındakı problemi siyasi yolla həll etməkdir. Hazırda İraq Kürdüstanı hələ rəsmən muxtariyyət əldə etməyib. Belə bir vəziyyətdə İraq referendum keçirilə, kürd muxtariyyəti rəsmi dövlət statusu ala, yaxud da almaya, beynəlxalq aləmin buna yanaşması və digər bu kimi qeyri-müəyyənliklər var. Bütün bunların içərisində türkmənlərin durub kürd muxtariyyətinə qarşı vuruşması, güllənin qarşısına atılmaq kimi bir şeydir. Bu baxımdan düşünürəm ki, bayrağı oradan götürdə bilməyəcəklər”.
Qeyd edək ki, Kərkük, İraqda mübahisəli ərazilər statusundadır və İraq parlamentinin qərarına əsasən, buradakı bütün inzibati binalara yalnız İraq bayrağı asılmalıdır.
Bundan sonra Kərkük Vilayət Məclisi əyalətin İraq Kürd Regional Rəhbərliyinə (IKBY) qoşulması həmçinin hansı bayrağın asılmasının təyin edilməsi üçün referendum keçirilməsi qərarı alıb. Kərkük Vilayət Məclisinin sədri Ribvar Tələbani, İraq Məclisinin şəhərdəki dövlət orqanlarında yalnız "İraq bayrağı” asılması qərarını tətbiq etməyəcəklərini açıqlayıb.
Məsələ ilə əlaqədar İraq baş naziri Heydər əl-Abadi Bağdadda ölkənin Baş Nazirliyinin binasında mətbuat konfransı keçirərək, Kərkükün yerli rəhbərliyinin ölkənin konstitusiyasının maddələrinə əməl etməli olduğunu bildirib. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da İraqdakı bayraq məsələsinə münasibətini bildirərək Kərkükdə milli bayraqdan başqa ikinci bayrağın asılmasını düzgün hesab etmədiyini və bayrağı asanların parçalanma yaratdıqlarını söyləyib. Ərdoğan Kürdüstan Muxtariyyətinə səslənərək Kərkükdəki "Kərkük kürdlərindir” cəfəngiyatını Türkiyə olaraq tamamilə qəbul etmədiklərini vurğulayıb.

(musavat.com)