SON XƏBƏR

Kerri Savçenkonun azad olunmasını alqışladı

May 26
01:00 2016
ABŞ Dövlət katibi Con Kerri ukraynalı təyyarəçi Nadejda Savçenkonun azadlığa buraxılmasını alqışlayıb.
 
Axar.az xəbər verir ki, bu haqda məlumat ABŞ Dövlət Departamentinin rəsmi saytında yer alıb.
 
"Mən ukraynalı təyyarəçi Nadejda Savçenkonun Ukraynaya qaytarılmasını və terrorçuluqla ittiham olunaraq həbs olunan iki rus hərbçisinin azad edilməsini alqışlayıram”, – deyə saytda qeyd olunub.
 
Qeyd edək ki, Putin bu gün Savçenkonun əfv olunması barədə sərəncam imzalayıb. Ukrayna Prezidenti Pyotr Poroşenko isə Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) əməkdaşları Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovu əfv edib. Dustaqlar bu gün Rostovda dəyişilib və artıq Savçenko Ukraynaya, QRU əməkdaşları isə Rusiyaya qayıdıb.


Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook