SON XƏBƏR

KİV: Məhbuslar Sarkozini həbsxanada yatmağa qoymur

Oktyabr 23
15:21 2025
Məhbus yoldaşları Fransanın məhkum edilmiş keçmiş prezidenti Nikola Sarkozi ni Sante həbsxanasında yatmağa qymurlar. 

Qaynarinfo bu barədə "Daily Mail"ə istinadən xəbər verir.

Məqalədə deyilir: "Fransanın etibardan düşmüş keçmiş prezidenti Nikola Sarkozi həbsxanada ilk gecəsini boyu ilə bağlı lağlağı və məhbuların qışqırıqlarına məruz qalaraq keçirdi".

Nəşrin yazdığına görə, hadisədən sonra Sarkozinin həbsxana kamerasına yanına iki polis yerləşdirilib.

Videolardan birində görünür ki, məhbuslar Avropa ölkəsinin keçmiş liderinə təhqiredici sözlər qışqırır. Videonu çəkən gülür və "Sarkonu çağırın!" və "Başını bizə göstər!" deyə qışqırır.

Jurnalistlərin məlumatına görə, Sarkozini yatmağa qoyurlar, bundan əlavə onun kamerasının pəncərəsi səs-küylü həyətə açılır

Oktyabrın 21-də Nikola Sarkozi 2007-ci il seçki kampaniyasını Liviya hökuməti tərəfindən qeyri-qanuni maliyyələşdirdiyi iddiası ilə 5 il həbs cəzasını çəkəcəyi Paris həbsxanasına yollanıb. Siyasətçi həbs olunmazdan əvvəl verdiyi son bəyanatında qeyd edib ki, məhbuslar arxasına keçmiş prezident deyil, günahsız bir şəxs salınır.

Onun vəkilləri onun Milad bayramına qədər azad ediləcəyinə əmindirlər. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook