SON XƏBƏR

Krım yarımadasına elektrik enerjisinin verilişi dayandırıb

Noyabr 22
15:28 2015
Ukrayna tərəfi Rusiyanın nəzarətində olan Krım yarımadasına elektrik enerjisinin verilişi dayandırıb.
 
"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Krımın Energetika Nazirinin Müavini Yevgeniy Dyomin bildirib. Ötən gün Krım yarımadasını elektrik enerjisi ilə təmin edən ötürücü xətt Xerson vilayətinin ərazisində partladılıb.
 
Ötürücü xəttlərin dirəklərinin sıradan çıxması səbəbi ilə enerjisi verilişində əvvəlcə fasilələr yaranıb, daha sonra isə enerji təçhizatı tamamilə dayanıb.
 
"Ukrenerji" şirkətinin nümayəndələri təmir işlərinin azı iki sutka davam edəcəyini bildiriblər. Krım sakinləri isə bu müddət ərzində generatorlardan istifadə etməli olacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook