SON XƏBƏR

"Körpü nəşriyyatı"nın test kitabında səhvlər var - FOTO

Fevral 24
14:36 2025
Azərbaycanda çap edilən dərs vəsaitlərinin bəzilərində qüsurlar, texniki səhvləır olması barədə mediada dəfələrlə yazılıb. Texniki səhvlər olan test tapşırıqlarından biri də 4-cü siniflər üçün nəzərdə tutulan "Məktəbliyə dəstək" başlığı ilə dərc edilən "Riyaziyyat" test və tapşırıqlar kitabıdır. 
 
Bu barədə Qlobal.az-a məlumat verən valideyn dərsliyin 44-cü səhifəsində 5 və 7-ci məsələlərin cavablarında texniki səhvlərin - verilən cavab bəndlərinin təkrarlandığını deyirlər. 
 
Şikayətçi valideyn aidiyyatı qurumlardan məktəblilərə satdırılan bu cür test kitablarına ciddi nəzarət edilməsini xahiş edir.
 
Qeyd edək ki, "Məktəbliyə dəstək" başlığı ilə dərc edilən 4-cü sinif "Riyaziyyat" test və tapşırıqlar kitabı "Körpü Nəşriyyatı"ı nəşr edib. 
 
Kitabın layihə rəhbəri Akif Şahbazovdur. 
 
Kitab 7.5 manata satılır. 
 
Cahandar Laçınlı
 
Qlobal.az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook