SON XƏBƏR

KTMT baş katibi Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edib

Aprel 22
12:58 2024
Qarabağda təhlükəsizliyi təmin etmək üçün Bakının öz qüvvələri var.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu TASS-a müsahibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov deyib.

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına toxunan KTMT baş katibi Qarabağın Azərbaycan ərazisi olduğunu və Azərbaycanın öz ərazisində təhlükəsizliyi təmin etmək üçün qüvvələrinin olduğunu söyləyib.

"Hesab edirəm ki, regionda sabitlik böyük ölçüdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivindən asılıdır”, - deyə Tasmaqambetov Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərkən qeyd edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook