"Kuba hakimiyyəti süquta yaxındır" - Tramp
Yanvar 05
08:41
2026
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Kuba hakimiyyəti gəlir çatışmazlığı səbəbindən çökməyə yaxındır.
"Report"un məlumatına görə, Amerika lideri Milad və Yeni il tətillərini Mar-a-Laqo iqamətgahında keçirdiyi Vest-Palm-Biçdən (Florida) Vaşinqtona gedən təyyarədə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Kubanın hazırda heç bir gəliri yoxdur. "Onlar bütün gəlirlərini Venesuela neftindən alırdılar, indi isə artıq heç nə əldə etmirlər. Kuba isə sözün əsl mənasında çökməyə hazırdır", - ABŞ Prezidenti əlavə edib.



