SON XƏBƏR

Kuleba artıq 30 ölkənin Rusiya üzrə xüsusi tribunalı dəstəklədiyini açıqlayıb

Mart 07
10:45 2023
Rusiya üçün təcavüz cinayətinə görə xüsusi bir tribunalın yaradılması artıq 30 ölkə tərəfindən dəstəklənir.

"Report” xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba telemarafonun efirində bildirib.

"Mən məmnuniyyətlə elan edirəm ki, artıq 30 ölkə var (Rusiya üzrə xüsusi tribunalı dəstəkləyən – red.). Bu qrupa Yunanıstan da bu gün qoşulub. Həftəsonu 29 ölkə var idi. Mən sonra dedim ki, bu qrupun növbəti toplantısına qədər daha çox iştirakçı olacağına şübhə etmirəm və artıq bunun baş tutduğunu görürük”, - o vurğulayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook