SON XƏBƏR

Kürd döyüşçüləri Adanadakı terakta görə məsuliyyəti öz üzərlərinə götürdü

Noyabr 30
09:17 2016
"Kürdüstanın Azadlıq Şahinləri" (KAŞ) ekstremist qruplaşması keçən həftə Türkiyənin Adana şəhərində baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Virtualaz.org bildirir ki, bu barədə Reuters xəbər yayıb.
 
Daha əvvəl bu qruplaşma Türkiyədə törədilmiş digər terror aktına - oktyabrın başlanğıcında İstanbuldakı bomba partlayışına görə də məsuliyyəti öz üzərinə götürmüşdü.
 
Xatırladaq ki, KAŞ PKK-dan ayrılıb. ABŞ hakimiyyəti bu qruplaşmanı "PKK-nın şəhər terror dəstəsi” hesab edir.
 
Onu da xatırladaq ki, Adana qubernatorluğu binasının qarşısındakı maşın dayanacağında partlayış noyabrın 24-də səhər saatlarında baş vermişdi. Bomba maşına qoyulmuşdu. Partlayış nəticəsində 2 nəfər həlak olmuş, 33 nəfər yaralanmışdı.
 
Qubernatorluqdan bildiriblər ki, partlayışın qadın tərəfindən törədildiyi təxmin edilir. Onu da vurğulayıblar ki, hücumun hədəfi qubernator özü olub, hansı ki, hadisədən beş dəqiqə sonra işə gəlməli idi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook