SON XƏBƏR

Kürd vətəndaşların polisə maraqlı məktubu - "Əgər qapımızı qıraraq girsəz..." (Foto)

Mart 16
13:18 2016
Kürd vətəndaşların polisə maraqlı məktubu - Türkiyədə təhlükəsizlik qüvvələri Cizrə və Sur rayonlarından sonra indi də Nusaybin, Yüksekova, Bağlar rayonlarında və Şırnakda əməliyyatlara başlayıb.
 
Avropa.info xəbər verir ki, Sur və Cizrədə vətəndaşları təhdid edərək evlərinə girən PKK üzvlərinin onlarla evi tunellərlə bir-birinə bağladığı məlum olub. Xüsusilə Yüksekova rayonunda və Şırnak vilayətində xüsusi əməliyyatlara başlayan polis evləri tək-tək yoxlayaraq terrorçulardan təmizləyir.
 


Əməliyyatların davam etdiyi əsnada sosial şəbəkələrdə əməliyyatlarla bağlı müxtəlif fotolar yayılır. Amma bu dəfə yayılan fotoşəkil boşaldılan evlərdən birinin sahibinin hüquq mühafizə orqanları əməkdaşlarına ünvanlandığı və insanların marağına səbəb olan bir fotoşəkil olub.
 
"Bəzən gözəl şeylər də olur" başlığı altında paylaşılan fotoşəkildə təhlükəsizlik qüvvələrinin axtarış aparmaq üçün girdikləri evin qapısında asılmış bir məktub göstərilib. Həmin məktubu sizə təqdim edirik: "Dəyərli təhlükəsizlik qüvvələri. Evimiz; məhrəmimiz sizlərə əmanətdir. Əgər qapımızı qıraraq girmək məcburiyyətində qalsanız, aşağıdakı asma qıfılı çıxarkən çöl qapısındakı halqalara taxmağınızı xahiş edirik. Belə edin ki, siz çıxdıqdan sonra evimizə başqaları girməsin. Mətbəxdə quru qida, çay qəhvə və s. mövcuddur. Yediyiniz içdiyiniz hər şey halal olsun. Rəbbim yardımçınız olsun".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook