KXDR Xarici İşlər Nazirliyi ABŞ-la danışıqları istisna etmədi
May 13
11:44
2017
Şimali Koreyanın Xarici İşlər Nazirliyinin Amerika ilə münasibətlər şöbəsinin rəhbəri xanım Ço Son Xu ABŞ-la danışıqların aparılmasını istisna etməyib.
Virtualaz.org "Rönhap” agentliyinə istinadən xəbər verir ki, diplomat bununla əlaqədar deyib: "Biz müvafiq şərtlər daxilində dialoq keçirə bilərik”.
Qeyd olunur ki, bu açıqlamanı xanım Ço Son Xu Norveçdə amerikalı ekspertlərlə keçirilmiş görüşdən Pxenyana qayıdarkən verib.



