SON XƏBƏR

Laçın yolunda aksiya səhərə qədər davam edib

Dekabr 15
10:41 2022
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı səhərə qədər davam etdirib.

APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, aksiya yerində gecə boyu tonqallar qalanıb, şüarlar səslənib.

Etirazçılar şüarlarında ekoloji terrora, faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qeyri-qanuni istismarına son qoyulmasını, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yataqlarda monitorinq aparılmasına şərait yaradılmasını, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook