SON XƏBƏR

Latviya dünyanın onkologiya mərkəzinə çevrilə bilər

Mart 31
10:08 2016
Latviyanın dünyanın onkologiya mərkəzinə çevrilməsi üçün böyük potensialı və bütün imkanları var. Bu sözləri Latviya Tibbi Təyinatlı İxrac Assosiasiyasının prezidenti Olafs Slutinş bu ölkənin iqtisadiyyat naziri Arvils Aşeradens ilə Yurmalada Qlobal Xərçəng Viroterapiyası Klinikasında görüşü zamanı deyib.
 
O. Slutinş bildirib ki, istər Latviyada, istərsə də bütün dünyada güclü innovasiya olan viroterapiya başqa ölkələrin sakinlərini Latviyaya cəlb edərək, ölkənin qlobal miqyasda tanınmasına kömək etmək iqtidarındadır. O hesab edir ki, Latviya viroterapiyanın köməyi ilə ölkədə viroterapiya qədər nadir və keyfiyyətli olan digər tibbi xidmətlərdən də dünya səviyyəsində danışa bilərdi. O.Slutinş deyib: "Maraqlıdır ki, Latviya məhz onkologiya sahəsində daha sürətlə inkişaf edir. Özünü stomatologiya dövləti kimi tanıdan Macarıstan kimi Latviyanın da onkologiya sahəsini geniş çeşiddə xidmətlər təklif edən mərkəzə çevirmək üçün bütün imkanları var”.
 
Viroterapiya "Rigvir” (Riqa virusu) deyilən xüsusi onkolitik virusun köməyi ilə xərçəngin müalicəsi metodudur. Bu virus xərçəng şişinin bədxassəli hüceyrələrini taparaq məhv edir. Latviya Elmlər Akademiyası "Rigvir” virusunu Latviya elminin on ən böyük nailiyyətindən biri adlandırıb
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook