Lavrov bu gün Ər-Riyaddakı danışıqların aspektlərini açıqlayacaq

Mart 25
09:55
2025
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün televiziyaya müsahibəsində bazar ertəsi Ər-Riyadda baş tutan Rusiya-ABŞ məsləhətləşmələrinin bəzi aspektləri barədə danışacaq.
"Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün teleqram kanalında yazıb.
"Sergey Lavrov sabah (bu gün - red.) "Birinci Kanal”a müsahibəsində müzakirələrin bəzi aspektləri barədə danışacaq", - diplomat qeyd edib.