Le Pen: “Avropadan dostca ayrılmanın zamanı gəlib”
Mart 03
18:30
2017
Fransada prezidentliyə namizəd Milli Cəbhənin ifrat sağçı lideri Marine Le Pen Parisdə çox sayda mətbuat nümayəndəsinin qatıldığı yığıncaqda iqtisadi proqramını açıqlayıb.
Avro pul vahidinin Fransa, İtaliya və İspaniyanın sənayesinə mənfi təsir etdiyini deyən Le Pen bildirib ki, "artıq dostca ayrılmanın zamanı gəlib”. O, "Avropa Konvensiyasına bağlı müzakirələr nəzərdə tuturuq, sonra da "Frexit” referendumu” deyib.
Sağçı lider Fransada beynəlxalq şirkətlərin daha çox vergi verməsi lazım olduğunu söyləyib. Le Pen deyib ki, "heç bir ölkə öz sənayesini qorumadan yarada bilməz, ilk işim xalqın etibarını qazanaraq, iqtisadiyyatımıza güc qazandırmaqdır”.
ABŞ prezidenti Donald Trampın məşğulluq modelini nümunə göstərən Le Pen deyib: "Trampın Amerikaya geri gətirdiyi məşğulluğa baxın. Tramp, Şi Cinping və Tereza May ilə iqtisadiyyat vətənpərvərlik yolu alır. Sərhədləri olmayan bir dünya xəyalına hələ də inanan yalnız AB qaldı.”
Avropa Parlamentinin Baş assambleyasında dünən keçirilən səsvermədə terror təşkilatı DEAŞ-ın edam fotoşəkillərini paylaşması ilə bağlı açılan sorğu əsasında Le Penin toxunulmazlığı qaldırılıb.
azadliq.info


