SON XƏBƏR

Litvada keçirilən prezident seçkilərində Nauseda liderlik edir

May 13
07:14 2024
Litvanın hazırkı Prezidenti Gitanas Nauseda protokolların 70 %-nin hesablanmasından sonra prezident seçkilərində 47,63% səslə liderdir.

"Report” xəbər verir ki, bu barədə Litvanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Litva Prezidenti beş il müddətinə seçilir. Namizədlər üçün 40 yaş həddi, habelə mənşəyinə görə Litva vətəndaşı olmaq və ən azı son üç il ərzində ölkədə yaşamaq tələbi var.

Qalib gəlmək üçün namizəd səslərin 50%-dən çoxunu almalıdır.
 
Namizədlərin heç biri bunu bacarmasa, iki həftə sonra birinci mərhələnin iki liderinin iştirakı ilə ikinci tur keçiriləcək.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook