SON XƏBƏR

Mahir Emreli qərarını verdi – “Qarabağ”a qayıdır, yoxsa..?

Avqust 07
11:48 2023
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin "Qarabağ”a qayıtmaq ehtimalının olması haqda xəbər vermişdik.

Belə ki, futbolçu Xorvatiya superkubokunun "Hayduk”la görüşündə meydana buraxılmadığı üçün komandadan ayrılmaq fikrinə düşmüşdü.

Ağdam təmsilçisinin də, ona təklif göndərməsi Emrelinin geri qayıtmaq ehtimalını daha da artırmışdı.

Sportal.az-a verilən məlumata görə, Emreli böyük ehtimalla "Dinamo”da qalacaq.

Belə ki, Zaqreb klubunun baş məşqçisi İqor Bişçan millimizin üzvü ilə danışaraq ona güvəndiyini və oynamaq imkanı tanıyacağına inandırıb.

Məhz bundan sonra da xorvatiyalı mütəxəssis Emreliyə həm yerli çempionat oyunlarında, həm də avrokuboklarda şans verib.

26 yaşlı futbolçunun Xorvatiya çempionu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-da başa çatacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook