Makkeyn Pentaqona üsyan etdi – “Ərdoğanın PYD terrorçuları ilə bağlı ciddiyyətini anlamırsız”
Mart 10
18:55
2017
ABŞ Respublikaçı partiyasından olan senator Con Makkeyn, PKK-nın Suriya qolu PYD-yə açıq şəkildə dəstək verən ABŞ Mərkəzi Qüvvələr (CENTCOM) komandanı general Cozef Voteli sərt şəkildə tənqid edib.
Avropa.info xəbər verir ki, Makkeyn general Votelin PYD məsələsində Türkiyənin mövqeyini anlamadığını deyib.
"Votel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın PYD məsələsində necə ciddi olduğunu anlamır. Türkiyənin əleyhinə olan bir qruplaşmaya dəstək verilməsini isə mən anlamıram” deyə Makkeyn qeyd edib.
Xatırladaq ki, CENTCOM komandanı Cozef Votel Türkiyədən ABŞ konqresinə şikayət edib. Votel 2 min kilometr sahəni terrordan təmizləyən Türkiyəni PYD terror təşkilatına dəstək verən ABŞ-ın əməliyyatlarına mənfi təsir göstərdiyini bildirib.
Cozef Votel 15 iyul dövlət çevrilişi cəhdindən sonra, FETÖ-çü hərbçiləri nəzərdə tutaraq "Türkiyədə müttəfiqlərimiz həbs olunur” açıqlaması ilə də yadda qalmışdı.



