SON XƏBƏR

Makron Fransadakı iğtişaşların səbəblərini araşdırmağı tələb etdi

İyul 03
10:46 2023
Fransa prezidenti Emmanuel Makron Nazirlər Kabinetinin üzvlərindən ölkədə bir neçə gündür davam edən iğtişaşların səbəblərini araşdırmağı tələb edib.

Qaynarinfo xəbər verir ki, bu barədə RBC BFM telekanalına istinadən məlumat yayıb. 

Əməliyyat qərargahının iclasında Makron bildirib ki, Daxili İşlər və Ədliyyə nazirliklərinin rəhbərləri Jerald Darmanin və Erik Dumon-Moretti respublikada asayişin bərpası üçün lazım olan hər şeyi etməlidirlər. Prezident vurğulayıb ki, hökumət gecə-gündüz polis, jandarma, yanğınsöndürənlərin "yanında olmalıdır".

Bazar ertəsi, iyulun 3-də Makron Milli Assambleyanın spikeri Yael Bron-Pive və Senatın rəhbəri Jerar Larşeni qəbul edəcək. Ertəsi gün o, Yelisey sarayında iğtişaşlardan zərər çəkmiş kommunaların 220-dən çox bələdiyyə sədri ilə görüş keçirəcək.

Xatırladaq ki, Fransada iğtişaşlar iyunun 28-dən davam edir: buna səbəb Parisin ətrafı Nanter qəsəbəsində polis tərəfindən güllələnən 17 yaşlı Əlcəzair əsilli yeniyetmənin ölümü olub. Paris, Marsel, Lion, Kann və ölkənin digər böyük şəhərləri talanlar bürüyüb.
İğtişaşçılar zibil qutularını, binaları və avtomobilləri yandırır, mağazaları sındırır və qarət edirlər. Fransanın iqtisadiyyat naziri Brüno Le Merin sözlərinə görə, ölkə daxilində ən azı 12 ticarət mərkəzi, 200 supermarket və 250 bank filialı dağıdılıb, talan edilib və ya yandırılıb.

İyulun 1-dən 2-nə keçən gecə Fransada 719, iyulun 3-nə keçən gecə isə ən azı 78 nəfər saxlanılıb. Ölkədə 45 min jandarm və polis səfərbər edilib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook