SON XƏBƏR

Makronun ofisinə kəsilmiş barmaq göndərildi – Makron şoka düşdü

İyul 13
11:36 2023
Fransada təqaüd yaşının artırılması ilə bağlı son qanun və 17 yaşlı Əlcəzair əsilli Nahelin polis tərəfindən öldürülməsi ilə başlayan kütləvi etirazlar nəticəsində kreslosu silkələnən Prezident Emmanuel Makronun iqamətgahına içərisində kəsilmiş insan barmağı olan qutu göndərilib.

"AzPolitika.info” Fransa nəşrinə istinadla xəbər verir ki, Yelisey sarayına göndərilən qutunu görən Makron şoka düşüb.

Göndərilən bağlamanın polis tərəfindən yoxlanıldığı, qutuyu göndərən şəxsin isə müəyyən edilərək sorğu-sual edildiyi bildirilir.
Qeyd edək ki, Prezident ofisi hadisə ilə bağlı heç bir açıqlama verməyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook