SON XƏBƏR
  • Prezident Xankəndiyə səfər etdi, sakinlərlə görüşdüAzərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Bulud” hotelinin açılışında iştirak edib. Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin ..
  • "Qazaxlı Alik"in oğluna hökm oxunduHədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevaya hökm oxunub. Qlobal.az unikal-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dad..
  • Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir...Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir - 7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək... Azərbaycanın ən tanınmış içməli su markalarından olan "Gədəbəy" və "Slavyanka"..
  • Ağalar Vəliyev qiymətləri qiymətləri bahalaşdırır - Mənzil sahibləri təlaşdaSon illər Bakının mənzil bazarında baş verən qiymət artımı, xüsusilə özünü yeni tikililərin qiymətində – ilkin bazarda göstərməkdədir. FED.az xəbər verir ki, bahalaşma daşınmaz əmlak bazarının bütü..
  • Temperatur mənfi 3 dərəcəyə düşəcəkFevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havan..
  • Fuad Nağıyev özünə daha bir müşavir axtarırDövlət Turizm Agentliyində (DTA) yeni vəzifə olaraq sədrin müşaviri vəzifəsi vakansiyaya çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət İmtahan Mərkəzi də inzibati vəzifənin tutulm..
  • Xankəndidə Zəfər parkının təməli qoyulduAzərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. ..
  • Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdüAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Bu barədə Qlobal.az ..
  • Ceyhun Cəfərov azadlığa çıxdıKürdəmirin korrupsiya ittihamları ilə məhkum edilmiş icra başçısı Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, son bir ilini məntəqə tipli cəzaçəkmə müə..
  • Bakıda Azərbaycanın sədrliyi ilə APA-nın 15-ci plenar sessiyası işinə başladıBakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb. "Report" xəbər verir ki, tədbir "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlam..

Mariana Vasileva vəzifəsindən qovuldu

Yanvar 16
18:43 2025
Gənclər və İdman nazirinin müavini Mariana Vasileva vəzifəsindən azad olunub. 

"AzPolitika" xəbər verir ki, bununla bağlı müvafiq sənəcam imzalanıb.

Qeyd edək ki, bu ayın əvvələrində ölkə mətbuatında Azərbaycan milli komandasının sabiq baş məşqçisi, gənclər və idman nazirinin müavini Mariana Vasilevanın ömürlük diskvalifikasiya edildiyi barədə xəbərlər yayılıb. Həmin xəbərlərdə bildirilirdi ki, o, idmançılara qarşı fiziki zorakılıqda günahlandırılır.

Xatırladaq ki, Mariana Vasileva 6 iyul 1974-cü ildə Bolqarıstanda anadan olub. O, bolqar bədii gimnast olub və Bolqarıstanın Sofiya şəhərindəki Levski klubunda məşqçi kimi işləyib. 
2001-2003-cü illərdə bədii gimnastika üzrə Türkiyə milli komandasında, 2003-2008-ci illərdə Bolqarıstanın "Levski” (Sofiya) idman klubunda, 2004-2008-ci illərdə isə bədii gimnastika üzrə Bolqarıstan milli komandasında məşqçi olaraq fəaliyyət göstərib.

2007-ci ildə o, Azərbaycan Gimnastika Federasiyasından məşqçi kimi işləmək üçün dəvət alıb. Qısa müddət sonra; o, ən yaxın qohumları (ər və iki uşağı) ilə birlikdə Bakıya, Azərbaycana köçüb.

2009-cu ildən etibarən, Azərbaycan bədii gimnastika milli komandasının baş məşqçisi vəzifəsində çalışıb.

M.Vasileva 2013-cu ildə "Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adına layiq görülüb. 2015-ci ildə Birinci Avropa Oyunlarında əldə etdiyi nəticələrə görə, Azərbaycan Respublikası Prezidentinin "Fəxri diplomu”, 2019-cu ildə isə Beynəlxalq Gimnastika Federasiyasının "Əməkdar məşqçi” diplomu ilə təltif edilib.

Mariana Vasileva Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilmişdi.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook