"Marinera" gəmisinin heyəti ABŞ sanksiyalarını pozduğuna görə məhkəmə qarşısına çıxarılacaq
Yanvar 08
07:15
2026
"Marinera" tankerinin heyəti ABŞ-nin Venesuela neftinə qarşı sanksiyalarını pozduğuna görə məhkəmə qarşısına çıxarılacaq.
"Report"un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt açıqlama verib.
K.Livitt jurnalistin Qrenlandiyadakı hərbi fəaliyyətlə bağlı sualına cavabında bildirib ki, Arktika bölgəsinə nəzarət Çin və Rusiyanın "bu bölgədə təcavüzlərini davam etdirə bilməyəcəyinə" zəmanətdir.



