SON XƏBƏR

Masazırda qanunsuz obyekt tikən Elçin adlı makleri kim himayə edir? - Foto

Aprel 25
11:57 2025
Akim Abbasov küçəsində inşa edilən  ticarət mərkəzinin tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən rəsmi icazənin olmadığı bildirilir 

Ölkə ərazisində qanunsuz tikililərin qarşısının alınması üçün dövlət qurumları tərəfindən aparılan tədbirlərə baxmayaraq, hələ də bu problem qalmaqda davam edir. Qanunsuz tikililərinin gizli yayıldığı ərazilərdən birinin Abşeron rayonu olması barədə mətbuatda dəfələrlə məlumatlar dərc edilir.

AzFakt.com-a daxil olan məlumata görə hazırda Masazır qəsəbəsi Akim Abbasov küçəsində heç bir rəsmi icazə olmadan və müvafiq sənədləşmə işləri aparılmadan ticarət mərkəzinin tikildiyi bildirilir. 

Qeyd edək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Ancaq Masazır qəsəbəsi Akim Abasov küçəsində inşa edilən obyektdə tikinti normalarına və qaydalarına riayət olunmur. Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin 13-cü maddəsinə görə planlaşdırılan tikintinin mərhələləri və məzmunu barədə ictimaiyyətə ətraflı məlumat verilməlidir. Məcəlləyə görə löhvədə aparılan tikinti işinin başlama və bitmə tarixi, layihəçi və podratçı şirkətlərin adları, müvafiq dövlət qurumundan tikintiyə alınan icazənin nömrəsi və tarixi barədə məlumatlar olmalıdır.

Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında Masazır qəsəbəsi Akim Abbasov küçəsində inşa edilən obyektlə bağlı məlumatlara rast gəlinmir.

Bu isə o anlama gəlir ki, inşa edilən obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan heç bir icazə alınmayıb.

Məlumata görə Masazır qəsəbəsi Akim Abbasov küçəsində inşa edilən obyektin tikintisinə icazəni Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilib.

Tkintiyə Elçin adlı şəxsin rəhbərlik etdiyi bildirilir.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.

Qlobal.az 
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook