SON XƏBƏR

Mask Rusiya hərbi donanmasının məhv edilməsinin qarşısını alıb?

Sentyabr 12
10:58 2023
ABŞ Konqresi, Krım yaxınlığında Starlink peyk rabitəsini söndürməklə Ukraynanın Rusiya donanmasına hücum üzrə xüsusi əməliyyatın pozulması hallarını araşdırmalıdır. 

Qaynarinfo xəbər verir ki, Bloombergin yazdığına görə, bunu Massaçusetsdən olan demokrat senator Elizabet Uorren deyib.

"Konqres burada baş verənləri və xarici siyasətin bir milyarder tərəfindən deyil, hökumət tərəfindən idarə olunmasına əmin olmaq üçün adekvat alətlərimizin olub-olmadığını araşdırmalıdır", - o, bazar ertəsi Kapitoliyada SpaceX sahibi İlon Maskın Ukrayna ilə peyk rabitəsini blokladığını etiraf etdikdən sonra deyib.
Maskın çərşənbə günü Kapitoliyada senatorlarla qapalı görüşə qatılacaq texnologiya sənayesi rəhbərləri arasında olacağı gözlənilir. Silahlı Qüvvələr Komitəsini təmsil edən Uorren bildirib ki, ABŞ Müdafiə Nazirliyi SpaceX ilə müqavilə münasibətlərinə yenidən baxmalıdır.
Eyni komitənin sədri, Rod-Aylenddən olan demokrat Cek Rid də məsələ ilə bağlı narahatlığını ifadə edib və qeyd edib ki, hökumətlər ənənəvi olaraq peyklərə nəzarət edir və onlarla nə edəcəyinə prezidentlər qərar verirlər.

O, SpaceX-in milli təhlükəsizlik buraxılışları da daxil olmaqla kosmosa girişin qiymətini aşağı salması ilə bağlı çox müsbət dəyişikliklərin baş verdiyini deyib, "lakin milli təhlükəsizliyə gəldikdə bu, son söz ola bilməz", - Rid Mask haqqında deyib.

Krım yaxınlığında peyk rabitəsinin kəsilməsi ilə bağlı qalmaqal

Sentyabrın 7-də Amerika KİV-i xəbər verib ki, ötən il İlon Mask Ukrayna xüsusi xidmət orqanlarının Krımda xüsusi əməliyyatını dayandırıb, o zaman hərbi-dəniz pilotsuz təyyarələri Rusiya donanmasının gəmilərinə hücum etməli idi. CNN-in məlumatına görə, Mask dronların asılı olduğu Starlink peyk əlaqəsini Krım yaxınlığında təcili olaraq söndürüb. Buna görə pilotsuz qayıqlar sadəcə olaraq sahilə çıxıb və onlar Rusiya qənimətlərinə çevrilib.

Maskın özü bu hadisəni bir az fərqli izah edib.

"Hökumət orqanlarından "Starlink”i Sevastopola qədər aktivləşdirmək üçün fövqəladə müraciət var idi. Açıq niyyət Rusiya donanmasının böyük hissəsini lövbərdə batırmaq idi. Əgər mən onların tələbi ilə razılaşsam, SpaceX böyük müharibənin açıq-aşkar ortağı olacaqdı”, - deyə o bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook