SON XƏBƏR

Mask Ukraynanın Rusiya qırıcılarını qırmasından yazdı: "Bu, gələcəyin müharibəsidir"

İyun 02
10:44 2025
Amerikalı milyarder İlon Mask sahibi olduğu X şəbəkəsində Rusiyanın strateji aviasiyasına Ukraynanın Təhlükəsizlik Xidmətinin  pilotsuz uçuş aparatları ilə hücumu barəsində paylaşmaya şərh verərkən dronları - müharibənin gələcəyi adlandırıb.

Söhbət iyunun 1-də Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən "Pautina" ("Hörümçək toru") xüsusi əməliyyatından gedir.

"Sequoia Capital" şirkətinin sahiblərindən olan Şon Maquayr X şəbəkəsində yazıb: "Ukraynanın indicə həyata keçirdiyi hücum müharibə tarixində dönüş nöqtəsi oldu.
 
Yüzlərlə PUA havaya qalxaraq Rusiyanın 1000 km dərinliyində 40-a yaxın təyyarəni vurub. qiyməti 1 milyon dollardan az olan dronlar 1 milyarddan artıq zərər vurub. Mühüm infrastruktur artıq təhlükəsizlikdə deyil".

Mask Maquayranın bu paylaşmasına şərhində yazıb: "Dronlar - müharibənin gələcəyidir. Pilotlu aviasiya - yox".
 
Hürriyyet.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook