"Max Group" MMC xaricdə təhsil adı ilə vətəndaşları aldadır? - Video
Yanvar 11
09:30
2026
Xaricdə təhsil arzusu ilə vasitəçi şirkətlərə üz tutan vətəndaşların sayı az deyil. Lakin bu yol hər zaman gözlənilən nəticəni vermir.
"Bakıda yerləşən "Max Group" MMC adlı şirkətlə 15 fevral 2025-ci il tarixində əlaqə saxladım. Tələb olunan sənədləri və 4 000 dollar məbləğində ödənişi göndərdim. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq, mənə hər hansı qəbul məktubu təqdim edilməyib. Bu səbəbdən pulun geri qaytarılmasını tələb etdim. Həsən Cəfərli tərəfindən hesabıma 21 170 Türkiyə lirəsi köçürüldü. Həmin məbləğ o vaxtkı məzənnə ilə 480 dollara bərabər idi. Hazırda isə şirkətin mənə 3 520 dollar məbləğində borcu qalır və bu pul indiyədək ödənilməyib".
Təhsil üzrə ekspert Ramin Nurəliyev bildirib ki, xaricdə təhsil sahəsində fəaliyyət göstərən şirkətlərin yarıdan çoxu dələduzluq və fırıldaqçılıqla məşğuldur:
"Xüsusilə Türkiyədə universitetlərdə çalışan bəzi şəxslər, onların arasında Azərbaycan vətəndaşları da ola bilər, insanlarla əlaqə saxlayır, müəyyən məbləğ qarşılığında ixtisasları "satın alır" və onları Azərbaycanda valideynlərə təqdim edərək satmağa çalışırlar".
Məsələ ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, qurum xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.
Qlobal.az
Baku TV-yə müraciət edən şikayətçinin sözlərinə görə, ona Bakı şəhərində fəaliyyət göstərən "Max Group" MMC ilə bağladığı müqavilə əsasında Türkiyənin İzmir Demokratiya Universitetinə qəbulun təmin olunacağı vəd edilib, lakin sonradan aldadıldığı məlum olub:
Təhsil üzrə ekspert Ramin Nurəliyev bildirib ki, xaricdə təhsil sahəsində fəaliyyət göstərən şirkətlərin yarıdan çoxu dələduzluq və fırıldaqçılıqla məşğuldur:
"Xüsusilə Türkiyədə universitetlərdə çalışan bəzi şəxslər, onların arasında Azərbaycan vətəndaşları da ola bilər, insanlarla əlaqə saxlayır, müəyyən məbləğ qarşılığında ixtisasları "satın alır" və onları Azərbaycanda valideynlərə təqdim edərək satmağa çalışırlar".
Məsələ ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, qurum xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.
Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi saytında tanınmayan universitetlərin siyahısı yerləşdirilib. Valideynlər və abituriyentlər xaricdə təhsil şirkətlərinə müraciət etdikdən sonra seçilən universitetin bu siyahıda olub-olmadığını mütləq yoxlamalı və tanınmayan ali təhsil müəssisələrinə qəbuldan imtina etməlidirlər.
Qlobal.az



