SON XƏBƏR

Məhəmməd Əli vəfat etdi

İyun 04
12:10 2016
Amerikalı əfsanəvi boksçu Məhəmməd Əli 74 yaşında Arizona ştatında xəstəxanada vəfat edib. Bu haqda onun ailəsi məlumat yayıb.
 
Məhəmməd Əli 32 il idi Parkinson xəstəliyindən əziyyət çəkirdi. 2014-cü ildən isə səhhətindəki problemlər daha da ağırlaşmışdı.
 
Əsl adı Cassius Marcellus Clay Jr. olan boksçu 1964-cü ildə İslam dinini qəbul edəndən sonra Məhəmməd Əli adını götürüb və bu adla da tanınıb.

O, 3 dəfə WBA versiyası üzrə dünya çempionu olub.Karyerası boyu yarışdığı 61 qarşılaşmanın 56-dan qalib ayrılıb.
 
Məşhur boksçu sonuncu dəfə aprelin 8-də Arizonanın Finiks şəhərində «Celebrity Fight Night» adlı yardım aksiyasına qatılmışdı.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook