SON XƏBƏR

Məhəmməd Əlinin ölüm səbəbi açıqlanıb

İyun 05
08:51 2016
İdmançı bir neçə gün əvvəl ağ ciyərləri ilə bağlı problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.
 
Əfsanəvi boksçu Məhəmməd Əlinin ölüm səbəbi açıqlanıb.
 
İdmançının ailə üzvlərinin Reuters-ə verdiyi məlumata görə, 74 yaşlı boksçu naməlum təbii səbəbdən baş vermiş septik şokdan dünyasını dəyişib. 
 
Xatırladaq ki, boks dünyasının əfasanəsi iyunun 2-də ağ ciyərləri ilə bağlı problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. O, Parkinson xəstəliyindən əziyyət çəkirdi. Həkimlər onun ölüm ayağında olduğu açıqlamışdılar.
 
Məhəmməd Əli dünyanın ən adlı-sanlı və tanınan idmançılarındandır. O,1960-cı ilin Olimpiya çempionu, ağır çəkidə mütləq dünya çempionu (1964-1966, 1974-1978), beşqat "İlin boksçusu”dur.
 
Öz karyerasında 61 döyüş keçirən Əli onlardan 56-da qalib gəlib (37 döyüşü nokautla başa vurub). (oxu.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook