SON XƏBƏR

Məhv olmuş sivilizasiyanın xarabalıqlarında gələcək nəsillər üçün mesajlar tapıldı

Noyabr 07
00:08 2025
Amerika qitəsində yaranmış ilk sivilizasiya bu gün çox tanınan İnka və Maya mədəniyyətlərindən xeyli əvvəl mövcud olub. 

Qaynarinfo "The Guardian"a istinadən xəbər verir ki, Perunun qərbində yerləşən qədim Kara­l şəhərinin xarabalıqlarında arxeoloqlar gələcək nəsillərə ünvanlanmış heyrətamiz və həyəcanlı rəsmlər aşkarlayıblar.

Araşdırmaya rəhbərlik edən arxeoloq Rut Şeidi bildirib ki, təxminən 4200 il əvvəl güclü quraqlıq nəticəsində Kara­l şəhərinin sakinləri öz qədim paytaxtlarını tərk edərək Sakit okean sahillərinə köçməyə məcbur olublar. Hazırda alimlər həmin miqrantların saldıqları iki böyük yaşayış məntəqəsini – Vixama və Peniko adlı şəhərlərin qalıqlarını öyrənirlər.

Bu məskənlərdə arxeoloqlar aclıqdan əzab çəkən insanların təsvir olunduğu relyeflər və gələcək nəsillər üçün xəbərdarlıq xarakterli mesajlar tapıblar.

Rut Şeidi bildirib: "Onlar bütün bu təsvirləri ona görə buraxıblar ki, gələcək nəsillər iqlim dəyişikliyinin cəmiyyət üçün nə qədər ciddi təhlükə yaratdığını unutmasınlar. Quraqlıq Kara­l sivilizasiyasını dərin böhrana salmışdı və onlar istəmirdilər ki, insanlar bunun səbəbini yaddan çıxarsın".

Qədim şəhərlərin sirri

Tədqiqatlara əsasən, Vixama şəhəri Sakit okean sahilində yerləşib və Kara­l sakinləri burada balıqçılıq və əkinçiliklə məşğul olaraq sağ qala biliblər. Digər yaşayış məskəni Peniko isə eramızdan əvvəl 1800–1500-cü illərə aid edilir və Supa"ə çayı vadisində, Kara­ldan təxminən 16 kilometr aralıda yerləşir.

Arxeoloqlar bildirirlər ki, köçkünlər öz yeni şəhərlərində əvvəlki mədəniyyətlərinin incə sənətkarlıq və memarlıq ənənələrini – məbədlərin piramidaşəkilli konstruksiyalarını və divarlarında hadisələri əks etdirən relyefləri – yaşadıblar.

Vixama məbədinin divarlarında arxeoloqlar qarnı çökmüş, qabırğaları görünən aclıqdan ölmüş insanların təsvirlərini tapıblar. Bu təsvirlərin Kara­l faciəsini gələcək nəsillərə çatdırmaq məqsədilə yaradıldığı güman edilir.

Bundan başqa, tədqiqatçılar bir insanın əllərindən çıxan qurbağanın başına ildırım düşdüyünü göstərən rəsmi də aşkar ediblər. Rut Şeidi bu simvolu su və həyatın bərpası kimi yozur – yəni quraqlıqdan sonra yenidən həyatın qayıdışı.

Arxeoloqun sözlərinə görə, bu frizlər bir növ xəbərdarlıq mesajı daşıyır: gələcək nəsillər unutmamalıdır ki, iqlim dəyişikliyi bir vaxtlar bütöv bir sivilizasiyanı məhv edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook