SON XƏBƏR

"Məni Ərdoğandan..." — FETÖ lideri ABŞ hökumətinə müraciət etdi

İyul 20
16:34 2016
Gülən ABŞ-dan xahiş edib ki, onu Ərdoğandan qorusun.
 
Ölkə.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Pensilvaniya ştatında yaşayan və Türkiyədə hərbi çevriliş cəhdində ittiham olunan FETÖ terror qruplaşmasının lideri Fətullah Gülən ABŞ-ın hakim dairələrinə müraciət edərək ekstradisiya edilməməsini xahiş edib.
 
Bu barədə Reuters agentliyi məlumat yayıb.
 
"Mən Amerika rəhbərliyini siyasi vendettadan irəli gəlmiş bütün sorğuları, o cümlədən mənim ekstradisya məsələmlə bağlı sorğunu rədd etməyə çağırıram".- deyə Gülən bildirib.
 
Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest Gülənin ekstradisiya məsələsinin iki ölkə arasındakı şərtlər əsasında həll olunacağını söyləyib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook