SON XƏBƏR

Meral Akşener istefa vermədi – İyi Partiya seçkili qurultaya qərar verib

Aprel 01
17:07 2024
Türkiyədə 31 martda keçirilən bələdiyyə seçkilərində 3,7 faiz səs toplayan İyi Partiyanın sədri Meral Akşener bu gün mətbuat konfransı keçirib.

O, təşkilatın daxilindən səslənən "istefa” çağırışlarına cavab olaraq bildirib ki, partiyası növbədənkənar seçkili qurultaya gedəcək.

Xatırladaq ki, Meral Akşener daha əvvəl bu seçkidə əvvəlki seçkilərdən az səs toplayacaqları halda partiya sədrliyindən istefa verəcəyini vəd etmişdi.

"Millətimizin iradəsi ilə seçilən bütün namizədləri təbrik edirəm. Seçkilərin Cümhuriyyətin şərəfinə layiq bir yetkinlikdə keçməsini vacib və dəyərli hesab edirəm” – deyə, o, bildirib.

Millətin iradəsinin üstündə hər hansı iradə olmadığını vurğulayan Akşener, partiyasının 23 mahal və 7 diyarda qələbə qazandığını açıqlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook