SON XƏBƏR
  • Prezident Xankəndiyə səfər etdi, sakinlərlə görüşdüAzərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Bulud” hotelinin açılışında iştirak edib. Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin ..
  • "Qazaxlı Alik"in oğluna hökm oxunduHədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevaya hökm oxunub. Qlobal.az unikal-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dad..
  • Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir...Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir - 7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək... Azərbaycanın ən tanınmış içməli su markalarından olan "Gədəbəy" və "Slavyanka"..
  • Ağalar Vəliyev qiymətləri qiymətləri bahalaşdırır - Mənzil sahibləri təlaşdaSon illər Bakının mənzil bazarında baş verən qiymət artımı, xüsusilə özünü yeni tikililərin qiymətində – ilkin bazarda göstərməkdədir. FED.az xəbər verir ki, bahalaşma daşınmaz əmlak bazarının bütü..
  • Temperatur mənfi 3 dərəcəyə düşəcəkFevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havan..
  • Fuad Nağıyev özünə daha bir müşavir axtarırDövlət Turizm Agentliyində (DTA) yeni vəzifə olaraq sədrin müşaviri vəzifəsi vakansiyaya çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət İmtahan Mərkəzi də inzibati vəzifənin tutulm..
  • Xankəndidə Zəfər parkının təməli qoyulduAzərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. ..
  • Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdüAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Bu barədə Qlobal.az ..
  • Ceyhun Cəfərov azadlığa çıxdıKürdəmirin korrupsiya ittihamları ilə məhkum edilmiş icra başçısı Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, son bir ilini məntəqə tipli cəzaçəkmə müə..
  • Bakıda Azərbaycanın sədrliyi ilə APA-nın 15-ci plenar sessiyası işinə başladıBakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb. "Report" xəbər verir ki, tədbir "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlam..

Meriyada kadr dəyişikliyi: Mübariz Hüseynov Abit Əliyevin yerinə gətirilir?

Yanvar 25
14:28 2025
Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynov Bakı Şəhər Əsaslı Tikiti və Təmir MMC-yə rəhbər gətirilir. 
 
Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir. 
 
 
Mübariz Hüseynov
 
Məlumata görə uzun illərdir Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi vəzifəsində çalışan Mübariz Hüseynovu Bakı Şəhər Əsaslı Tikiti və Təmir MMC-yə rəhbər gətirilməsinin təşəbbüskarı Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin sədri Rəfail Mehralıyevdir.
 
 
 
Rəfail Mehralıyev
 
Rəfail Mehralıyevlə Mübariz Hüseynovun eyni rayondan olduqları bildirilir. İyirmi ilə yaxındır bir yerdə çalışan R.Mehralıyevlə M.Hüseynovun qohumluq əlaqələrinin olduğu da məlumatda yer alır. 
 
 
Abit Əliyev
 
Bakı Şəhər Əsaslı Tikiti və Təmir MMC-yə hazırda Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun ən yaxın kadrlarından olan Abit Əliyev rəhbərlik edir. Abit Əliyevin MMC rəhbərliyindən uzaqlaşdırılmasına səbəb kimi isə onun işində yol verdiyi qüsurlardır. Belə ki, Bakı Şəhər Əsaslı Tikiti və Təmir MMC-nin ən böyük layihələrindən olan (təmirinə 58 milyon manat xərclənib) Nəbatat bağında ciddi yeyintilərin olduğu iddia edilir. 
 
Qeyd edək ki, Bakı Şəhər Əsaslı Tikiti və Təmir MMC ötən həftə smetası 32 milyon manat olan daha bir tenderə yekun vurub. S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni parkın tikintisini meriyaya yaxın olan "VEST-LTD” QSC həyata keçirəcək.
 
Qlobal.az məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətindən mövqe öyrənə bilməyib. 
 
Cahandar Laçınlı
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook