SON XƏBƏR

Məşhur sosial şəbəkədən istifadə artıq ödənişli olacaq

Sentyabr 19
13:09 2023
"X” (köhnə adı ilə Twitter”-red.) sosial şəbəkəsi ödənişli olacaq.

"AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-dan olan məşhur iş adamı, "X” və "Tesla” şirkətlərinin sahibi İlon Mask ötən gün İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüş zamanı deyib.

Mask saxta hesablarla mübarizə aparmağın yeganə yolunun ödəniş sistemindən keçdiyini bildirib.

"Biz sosial şəbəkədən istifadə üçün minimal aylıq ödəniş almaq sisteminə keçirik”, - deyə o bildirib.

Qeyd edək ki, iş adamı ödənişli sistemə nə zaman keçid edəiləcəyi ilə bağlı əlavə məlumat verməyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook