SON XƏBƏR

Məşhur türk generalı Cerablusa getdi

Avqust 25
13:44 2016
Türkiyə ordusunun Suriyada apardığı "Fərat qalxanı” əməliyyatına rəhbərlik edən Xüsusi Qüvvələr komandanı, general-leytenant Zəkai Ağsaqqallı gözlənilmədən Cerablusa səfər edib.
 
Axar.az xəbər verir ki, generalın İŞİD terrorçularından təmizlənən qəsəbəyə səfərinin detalları açıqlanmayıb.
 
Xatırladaq ki, dünən 04:00-da Türkiyə ordusunun ağır artilleriyası Suriyanın Cerablus qəsəbəsini İŞİD terrorçularından azad etmək üçün hərbi əməliyyatlara başlayıb. Əməliyyatlara Hərbi Hava Qüvvələrinin F-16 döyüş təyyarələri dəstək verib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook