Ümid işiği...
Mart 08
16:37
2026
İnsan üçün ən qiymətli varlığ sağlamlıqdır. Sağlamlıq çox zaman fədakar və vicdanlı həkimlərin əllərində qorunur. Cəmiyyətin ən ağır və məsuliyyətli peşələrindən biri olan həkimlik yalnız təcrübə deyil, həm də böyük ürək, səbir və insan sevgisi tələb edən bir peşə nümünəsidir.
Azərbaycanın şimal bölgəsində, qədim Şabran diyarında uzun illər yaşayıb-yaradan, xalqına ümid və şəfa bəxş edilən cərrahlardan biri də İlqar Osmanovdur. Onun adı illərdir ki, bacarıq, məsuliyyət və insanpərvərlik anlayışları ilə yanaşı çəkilir.
Həkimlik sənətini həyat amalına çevirən İlqar Osmanov uzun illər ərzində yalnız bir tibb işçisi deyil, həm də səhiyyə sahəsində mühüm rol oynayan nüfuzlu bir şəxsiyyət kimi tanınmışdır. Onun fəaliyyəti yolu zəhmət, məsuliyyət və insanlara xidmət prinsipləri qurulmuşdur.
İlqar Osmanovun ailəsində həkimlik artıq bir ənənəyə çevrilmişdir. Onun həyat yoldaşı Kəmalə xanım ixtisasca ginekoloq-cərrah kimi uzun illərdir insanlara tibbi xidmət göstərir. Övladları da atalarının seçdiyi bu şərəfli yolu davam etdirirlər. Oğullarından Osman Osmanov Türkiyə Respublikasında mütəxəssis həkim kimi fəaliyyətini davam etdirir. Digər oğlu Orxan stomatoloq həkimolaraq çalışır. Kəmalə xanım və Orxan həkim Şabran şəhərində fəaliyyət göstərərək Şimal bölgəsinin sağlamlığının qorunmasına öz töhfələrini verirlər.
Hazırda o, Şabran Mərkəzi Rayon Xəstəxanasında şöbə müdürü olaraq fəaliyyətini davam etdirir və xalqın xidmətindədir.
İnsan həyatında elə peşələr var ki, onların dəyəri yalnız illər keçdikcə daha aydın görünür. Həkimlik də məhz belə peşələrdəndir. Bir insanın sağlamlığına qayıtması, bir ailənin sevincinə səbəb olmaq və bir insanın həyatını xilas etmək həkim üçün ən böyük nailiyyətdir.
İlqar Osmanov ömrünün 65-ci ilinə qədəm qoyarkən arxada qalan illər onun zəhməti və fədakarlıqla dolu həyat yolunun ən parlaq göstəricisidir. Bu illər ərzində o, yalnız bir həkim kimi deyil, həm də insanların yaddaşında xeyirxah və nüfuzlu bir şəxsiyyət kimi iz qoymuşdur.
Ömrünü insan sağlamlığına həsr edən bu dəyərli həkimə cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulayıram.
Altmış beş yaşın mübarək, əziz qardaşım!
Ceyhun Şüküroğıu





