SON XƏBƏR

Ümid Partiyasında əməliyyat keçirilib? – İqbal Ağazadədən açıqlama

Yanvar 19
13:42 2026
Hüquq-mühafizə orqanları Ümid Partiyasının mərkəzi qərargahında əməliyyat keçirib.

Bu barədə "Gününsəsi.info” saytı xəbər yayıb. Qeyd olunur ki, əməliyyat zamanı Elnur adlı şəxs partiya sədri İqbal Ağazadənin kabinetində həbs edilib.
Adıçəkilən şəxsin Ümid sədrinin dostu və həmyerlisi olduğu iddia edilir.

İqbal Ağazadə isə əməliyyatın partiyanın ofisində keçirilmədiyini deyib: "Bizim partiyanın qarşısında belə bir hadisə olub. Amma bunun partiyaya hər hansı aidiyyatı yoxdur. Mən maraqlandım, dedilər ki, axtarışda olan şəxs tutulub”.

Qlobal.az 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook