SON XƏBƏR

MİDA-nın rəhbərindən İlham Əliyevə şikayət edən iş adamı həbs olunub - VİDEO

İyun 23
10:27 2023
2017-ci ildə MİDA-nin tikinti işlərində suppodratçı kimi dəyəri 1 milyona yaxın iş görən Tərtər rayon sakini Nizam Mustafayev bu gün Yasamal rayon 26-cı polis bölməsi tərəfindən şəhərin mərkəzində videokameralarla müşahidə olunan yerdə guya polisə müqavimət saxta inzibatı xəta ilə rəsmləşdirirərək müdafiəçisinin iştirakı olmadan saxlanılıb.

Nizam Mustafayevin vəkili Araz Allahverdiyevin verdiyi məlumata görə o, Yasamal Rayon Məhkəməsinin qərarı ilə 30 sutka həbs edilib.

Həbs olunan zaman onun üzırində telefonu və külli kqdarda pul vəsaiti olsada hazırda əşyaları ilə bağlı heç bir xəbər yoxdur.

Sahibkarın çeşidli videomüraciətlərində deyilir ki, MiDA sahibkarın pulunu verməmək üçün onu birinci dəfə 2019-cu ildə 1.5 il, ikinci dəfə 2022-ci ilə 30 sutka və bu gün də 30 sutka həbs elətdirib.

Həbs olunan sahibkarın videomüraciətində qeyd olunur ki, o davamlı olaraq Dövlət qurumlarına və Prezidentə müraciətlər ünvanlayaraq haqlı olduğu pulu MİDA-nın rəhbəri Çingiz Qədimovdan və onun MİDA MMC-nin rəhbəri Fərhad Təhməzovdan tələb etdiyi üçün həbs olunub.

O müraciətlərində Prezidentin nümunəvi sosial layihəsi üzərindən mənimsəmə və mənimsəniilmiş pulların müxtəlif yollarla, əsasən birdəfəlik maliyyə əməliyyatları üçün yaradılmış yalançı şirkətlər vasitəsi ilə leqallaşdırılması haqda danışıb.

Həmçinin MİDA-nın proektlerini icra edən Xəqani Kazımovun (Berakıl MMC) fəaliyyəti haqda danışıb.

Vəkili Araz Allahverdiyinvin bildirdiyinə görə yuxarı instansiyaların qərarından asılı olaraq bu işi Avropa İnsan Hüquqları Məhkəməsinə qədər aparacaq.

Sahibkar ölkə başçısı İlham Əliyevdən və prezident administrasiyasının rəhbəri Samir Nuriyevdən bu məsələni diqqətdə saxlayıb ona kömək göstərilməsini xahiş edir.
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook