Mikayıl Cabbarovun müavini inflyasiya proqnozuna aydınlıq gətirib
![](https://qlobal.az/photo/680x365/2023-06/1686124916_540dbb3f-93bc-44a4-bbc7-620df0261227.jpg?1722059103)
İyun 07
12:01
2023
Azərbaycan Mərkəzi Bankının (AMB) inflyasiyanın azaldılması istiqamətində həyata keçirdiyi tədbirləri və hökumət tərəfindən atılan addımları nəzərə alınmaqla, bu il orta illik inflyasiyanın 10,4 % olması proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 % təşkil edib. 2022-ci ilin payızında təqdim edilmiş hökumətin ilkin qiymətləndirmələrinə görə, 2023-cü ildə orta illik inflyasiya proqnozu 6,9 % təşkil edirdi.
O bildirib ki, Beynəlxalq Valyuta Fondunun (İMF) hesabatına əsasən, dünya üzrə inflyasiya 7 %, inkişaf etməkdə olan ölkələr üzrə 8,6 % səviyyəsində proqnozlaşdırılır: "İnflyasiyada tələb və təklif amilləri ilə bağlı qeyri-müəyyənlik yenə də yüksək olaraq qalır. Dünən AMB tərəfindən bu il üçün 8,9 % səviyyəsində inflyasiya göstəricisi səsləndirilmişdi. Bu, ardıcıl 12 ay üzrə olan rəqəmdir. Bizim dediyimiz isə orta illik inflyasiyadır. Bunların arasında hansısa ziddiyyət yoxdur".