SON XƏBƏR

Millinin baş məşqçisi yenə əcnəbi olacaq – Qurban Qurbanova təklif gəlməyib

Mart 30
13:28 2024
Məlum olduğu kimi, aprelin 2–də AFFA prezidenliyinə və qurumun İcraiyyə Komitəsinə (İK) seçki keçiriləcək. Artıq quruma SOCAR-ın prezidenti Rövşən Nəcəfin rəhbərlik edəcəyi dəqiqləşib. Sadəcə seçki günü bu seçim rəsmiləşəcək.

Ehtimal etmək olar ki, elə həmin gün AFFA İK-nin yeni tərkibdə ilk iclası da keçiriləcək. Təbii ki, iclasda müzakirə ediləcək əsas məsələlərdən biri milli komandandanın baş məşqçi vəzifəsinə namizədlə bağlı olacaq. Məlumdur ki, Canni de Byazinin gedişindən sonra, artıq 5 aydır ku, bu vəzifə boşdur və tezliklə məsələni həllini tapmalıdır.

Qeyd edək ki, millinin baş məşqçisinin yenə əcnəbi olacağı gözlənilir. Bu gün üçün yuz faiz dəqiq olan budur ki, yerli mütəxəssislərə bununla bağlı təklif irəli sürülməyib. Hətta "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da belə bir təklif almadığını deyib. Baxmayaraq ki, o, son açıqlamasında millidə işləmək istəyini gizlətməyib. Yəni məşqçi tərəfdən istək var, amma AFFA-dan təklif yoxdur.

Dünən "Kəpəz”lə Premyer Liqa matçından sonra keçirilən mətbuat konfransında Q.Qurbanov ona ünvanlanan milli ilə bağlı suala belə cavab verib:

"Milli komandanın baş məşqçi vəzifəsi üçün heç bir danışığımız olmayıb. Əvvəllər də mənə bu suallar verilib. Təklif olsaydı, müzakirəsi mümkün idi. Amma hamımızın da bildiyinə və eşitdiyimizə görə, deyəsən, baş məşqçi xarici olmalıdır. Bəlkə də, bir ay əvvəl belə fikir var idi. Əfsuslar olsun ki, məsələ haqda bir fikir bildirə bilməyəcəyəm”.

Beləliklə, həm bu açıqlama, həm də QOL.az-a mötəbər mənbələrdən daxil olan məlumat bir daha bunu söyləməyə əsas verir ki, AFFA-nın yeni rəhbərliyi də xarici məşqçi ilə işləyəcək. Aprelin 2-də səlahiyyət müddəti bitəcək indiki rəhbərlik kimi… Bu qərarın futbol ictimaiyyətinin böyük əksəriyyətinin ürəyincə olmayacağını bəri başdan söyləmək mümkündür…

Millinin yeni baş məşqçisinin kim olacağı isə hələlik sirr kimi qalmaqdadır…

Qol.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook